Tarix : 2016 Jul 19
Kod 49684

İran və Azərbaycan arasında ticarət dövriyyəsi 53 faiz artıb

2016-cı ilin ilk 3 ayında iki ölkə arasında ticarət dövriyyəsi 53 faiz artıb.Qeyri neft sektorunda hazırda iki ölkə arasındakı ticarət dövriyyəsi 500-700 milyon dollar həcmindədir.
Arannews-Yaxın iki ay ərzində İran və Azərbaycan arasında viza rejimi adında bir şey olmayacaq.  bunu  İranın  Azərbaycandakı səfiri Möhsin Pakayin Fars agentliyi ilə müsahibəsində deyib.
M.Pakayin deyib ki,  qərara alınıb ki, ya viza rejimi ləğv olunsun və ya  İran vətəndaşları  sərhədlərdə və hava limanlarında  viza alsınlar və viza verilişi  asanlaşdırılsın.  
İranın Azərbaycandakı səfiri deyib ki,İran və Azərbaycan arasında ticarət dövriyyəsi  53 faiz artıb. “2016-cı ilin ilk  3 ayında  iki ölkə arasında  ticarət dövriyyəsi  53  faiz artıb.Qeyri neft sektorunda hazırda iki ölkə arasındakı  ticarət dövriyyəsi 500-700 milyon dollar həcmindədir.”
M.Pakayin İranın Niko şirkətinin  Azərbaycanda  sərmayə yatırdığını bildirib və deyib ki,  neft  sektorunda yatırılan sərmayələri də nəzərə alsaq  ticarət dövriyyəsi 1 milyard yarım dollar qədər  çatır. 

  • Yazılıb
  • da (də) 2016 Jul 19
  • Göndərən مدير سايت Aran News