2016-cı ilin ilk 3 ayında iki ölkə arasında ticarət dövriyyəsi 53 faiz artıb.Qeyri neft sektorunda hazırda iki ölkə arasındakı ticarət dövriyyəsi 500-700 milyon dollar həcmindədir.
Arannews-Yaxın iki ay ərzində İran və Azərbaycan arasında viza rejimi adında bir şey olmayacaq. bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Fars agentliyi ilə müsahibəsində deyib.
M.Pakayin deyib ki, qərara alınıb ki, ya viza rejimi ləğv olunsun və ya İran vətəndaşları sərhədlərdə və hava limanlarında viza alsınlar və viza verilişi asanlaşdırılsın.
İranın Azərbaycandakı səfiri deyib ki,İran və Azərbaycan arasında ticarət dövriyyəsi 53 faiz artıb. “2016-cı ilin ilk 3 ayında iki ölkə arasında ticarət dövriyyəsi 53 faiz artıb.Qeyri neft sektorunda hazırda iki ölkə arasındakı ticarət dövriyyəsi 500-700 milyon dollar həcmindədir.”
M.Pakayin İranın Niko şirkətinin Azərbaycanda sərmayə yatırdığını bildirib və deyib ki, neft sektorunda yatırılan sərmayələri də nəzərə alsaq ticarət dövriyyəsi 1 milyard yarım dollar qədər çatır.