İslami Şura Məclisinin sədri Türkiyə Böyük Millət Məclisinin sədrinə məktub ünvanlayib.
AranNews, xəbər verir ki, İran İslami Şura Məclisinin sədri Əli Laricani Türkiyə Böyük Millət Məclisinin sədrinə məktub ünvanlayaraq xalq iradəsi, milli hakimiyyət və demokratiyanın faydasız və pislənilən hərəkət qarşısında qələbəsini təbrik edib.
İslami Şura Məclisinin sədri deyib: “Böyük sevinclə istəyirəm ki, xalq iradəsi, milli hakimiyyət və demokratiyanın xoşagəlməz və ölkənizin xalq tərəfindən seçilmiş aparatlarına qarşı məğlubiyyətə məhkum bir hərəkəti üzərində qələbəsini zat alilərinə, Parlamentin hörmətli nümayəndələrinə, Türkiyə dövlətinə və xalqına təbrik deyim”.
Laricani təkid edib: “Ötən saatlarda baş verən hadisələr çox yaxşı göstərdi ki, xalqların səsi, iradəsi və istəyi təyinedicidir. Artıq qeyri-qanuni yolla hakimiyyətə gəlməyi tarix kitablarının qara səhifələrində axtarmaq lazımıdr. Xalqların səsi tankların gurultusundan daha uca və daha kəskindir”.
O, İranın İslam dinindən qaynaqlanmış xalq istəyi və səsinə arxalanan hökumətinin həmişə seçkilər yolu ilə və xalqın iradəsi ilə hakimiyyətə gəlmiş hökumətləri dəstəklədiyini qeyd edərək deyib: “Bu hədəfə uyğun olaraq İran İslam Respublikasının Parlamenti xalq tərəfindən seçilmiş aparatlara qarşı hərbi çevrilişi, xüsusilə də demokratiyanın təzahürü olan Türkiyə Parlamentinə hücumu məhkum etməklə yanaşı İran dövlətinin və xalqının dost və qardaş Türkiyə ölkəsinin müsəlman xalqını hərtərəfli dəstəklədiyinə təkid edirəm”.
İslam Şurası Məclisinin sədri məktubun sonunda öz türkiyəli həmkarı üçün Mütəal Allahdan başıucalıq, müvəffəqiyyət və hər gün artan izzət, dost, müsəlman və qonşu Türkiyə xalqı üçün səadət və başıucalıq arzu edib.