Tarix : 2016 Jul 19
Kod 49689

İranın Türkiyədəki səfiri: “Türkiyədəki qarşıdurmalar uzun çəkməyəcək”

İran İslam Respublikasınin Ankaradakı səfiri Türkiyədə uğursuz hərbi çevrilişə münasibət bildirib.
AranNews, xəbər verir ki, Məhəmməd İbrahim Tahiryanfərd Türkiyədə uğursuz hərbi çevrilişə münasibət bildirərək deyib: “Türkiyədə yaşayan həmvətənlərimizin bu hadisədə zərər çəkməsi barədə indiyə kimi səfirliyə heç bir məlumat daxil olmayıb. Bununla belə həmvətənlərimizdən istəyirik ki, öz yerlərini tərk etməsinlər”.
Səfir artırıb: “Həmvətənlərimizdən bəziləri hava limanında, bəziləri də hotellərdədir. Sakitlik yarandıqdan sonra onlar yenə ölkəmizə qayıda biləcəklər”.
Qarşıdurmanın uzun sürməyəcəyini proqnoz verən səfir deyib: “Ən yüksək səviyyədə Türkiyə rəsmiləri ilə əlaqə saxlayırıq. Hava limanının faəliyyətinin bərpa olunması və vəziyyətin adi hala qayıtması ilə bağlı hələ heç bir məlumat almamışıq. İran səfirliyi iranlı turistlərə tövsiyə edir ki, hava reysləri yoluna düşənə qədər hələlik olduqları yerdə qalsınlar və özlərinin canlarının təhlükəsizliyini qorusunlar”.
Quru yollara da işarə edən səfir deyib: “Sərhədlər Türkiyə tərəfindən bağlıdır və tövsiyəmiz budur ki, həmvətənlərimiz hələlik bu ölkəyə səfərlərini dayandırsınlar”.
Həmçinin səfir bəyanat verərək, həmvətənlərimizin qarşıdurma yerlərindən uzaq olmağa, öz olduqları yerdə qalmağa və Türkiyə təhlükəsizlik rəsmilərinin xəbərdarlıqlarını ciddi tutmağa çağırıb.
  • Yazılıb
  • da (də) 2016 Jul 19
  • Göndərən مدير سايت Aran News