Tarix : 2016 Jul 19
Kod 49690

CHP keçmiş sədri: "hərbi çevriliş planı oyundur"

Dəniz Baykal: "40 illik siyasi həyatım boyunca, çoxlu çevrilişlər, işgəncələr gördüm. Amma belə tragikomik çevriliş ssenarisi görmədim".
Arannews- Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, Antalya millət vəkili Dəniz Baykal ölkədə dövlət çevrilişinə cəhdə reaksiya verib.
Dəniz Baykal, hərbi çevriliş planının oyun olduğuna işarə edib.
 “40 illik siyasi həyatım boyunca, çoxlu çevrilişlər, işgəncələr gördüm. Amma belə tragikomik çevriliş ssenarisi görmədim”,-deyə bildirib.
Onun sözlərinə görə, bu şoudan sonra belə qənaətə gəlmək olar: Gülən camaatını məhv ediləcək, ordu yenidən dizayn ediləcək, prezidentlik sisteminə keçiləcək və müxalifətin dirəniş gücü qırılacaq.
 “Çevriliş şounuzu, başkanlık şounuz da daxil olmaqla hər şeyi anladıq...Nə edirlər etsinlər, hansı ssenarini qururlar qursunlar. Biz burdayıq. Ssenarilərini üzlərinə vuracağıq”.


  • Yazılıb
  • da (də) 2016 Jul 19
  • Göndərən مدير سايت Aran News