Suriya müxaliflərindən olan Heysəm əl Mah Türkiyə xalqına hərbi çevrilişə cəhd edənlər qarşısında dayandıqları üçün təşəkkür edib.
AranNews-un verdiyi xəbərə görə, Hərbi çevrilişə cəhd edənlərin arxasında ərəb ölkələrinin dayandığını iddia edən Heysəm əl Mah belə danışıb: "Hərbi çevrilişə cəhd ərəb Türkiyədəki hakim Ədalət və İnkişaf Partiyasının uğurlarına zərbə vurmaq üçün atılan addımdır.
Türkiyənin inkişaf etməsi və Rəcəb Tayyib Ərdoğanın bu ölkəni 180 dərəcə dəyişdirməsi bəzi ərəb ölkələrinda qısqanclıq yaratdı". Türkiyədə bu problemin meydana gəlməsində iqtisadi problemlərin də rol oynadığını bildirən Heysəm əl Mah, ərəb ölkələri ilə Türkiyənin müqayisə olunmasının doğru olmadığını qeyd edib.
"Türkiyə xalqı seçkilərdə verdiyi səsə sahib çıxdı" deyə Heysəm əl Mah bildirib. /Eastnews.org/