Özlərini İslamın mühafizəkarları kimi qələmə verən İŞİD terrorçuları Ramazan bayramı namazının qılınmasını da bidət elan ediblər.
AranNews-un məlumatina gorə, İŞİD terror təşkilatından vaxtaşırı olaraq qadağalar eşidilir. Bir müddət öncə onlar İraqın Mosul şəhərində mağaza sahiblərinə hücum etmişdilər. Buna səbəb İŞİD-in qoyduğu şəriət qanunları olmuşdu. Belə ki, onlar mağaza sahiblərindən manekenlərin üzlərini bağlamalarını tələb etmişdilər. Mağaza sahibləri isə İŞİD-in bu əmrini yerinə yetirmək məcburiyyətində qalaraq, manekenlərin üzlərini bağlamışdılar.
Bundan əlavə İŞİD-in baş daramağın qadağan olması, mobil telefon üçün çağırı zənglərinin musiqili olmaması, beli incə olan kişilərin enli paltarlar geyinməli olması kimi gülünc qadağalarını da söyləmək olar. Bu qadağaları pozanları isə şallaq cəzası gözləyir.
özlərini İslamın mühafizəkarları kimi qələmə verən İŞİD terrorçuları Ramazan bayramı namazının qılınmasını da bidət elan ediblər. Onlar İrsaq müsəlmanlarına Mosul məscidlərində bayram namazını qılmağa mane olublar.
Bundan əlavə Mosul sakinlərinə qəbiristanlığa gedib, əzizlərinin məzarını ziyarət etmək də qadağan olunub. İŞİD-çilər bildiriblər ki, artıq bu kimi məsələlər bidətdir və ənənələrdən imtina etmək lazımdır.
Mosullular İŞİD terrorçularının artıq bölgədə yaşayışı dözülməz hala gətirdiyini bildirilər.
Həmçinin bildirilir ki, İŞİD terrorçuları Mosulun şimalında bir məscidə hücum edərək 20 tələbə ilə bir din xadimini qaçırıblar.
Paylaşın zəhmət olmasa Vahabilərin(sələfilərin) iç üzünü taniyin və tanitdirin..!!! /FaktXəbər/