AranNews-un verdiyi xəbərə görə, Yeni hərbi qərargahların Ətruş, Harir və Ərbildə qurulacağı bildirilir. 
İraq Kürdistanı rəhbərliyindən adının açıqlanmasını istəməyən rəsmi bu barədə belə danışıb: "Razılaşmaya görə, ABŞ 10 il ərzində kürd qüvvələrə təlim keçəcək. 
Kürd əsgərlərə silah verilərək, onların hüquqi haqqları təmin olunacaq". 
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın Müdafiə Naziri İraq Kürdistanı Peşmərgə Naziri ilə görüşərək təhlükəsizlik sahəsində sənədlər imzalamışdı. / Tasnim/