Moskva Şerbinski məhkəməsi paytaxt metrosunda "Qurani-Kərim" kitabını yandırdığına görə 12 neonasisti mühakimə edib.
AranNews, “TASS”-a istinadən xəbər verir ki, Mühakimə olunanların əksəriyyəti yetkinlik yaşına çatmayanlardır.onlara 5 il şərti cəzadən 10 il həbsxana cəzasına qədər iş kəsilib. Bu barədə məhkəmənin mətbuat katibi Svetlana Bextina məlumat verib.
Məhkəmənin hökmünə əsasən, ən böyük cəza millətçilərinin cinayətkar qruplaşmasının lideri, Tver vilayətinin sakini Aleksandr Sokolova verilib. Maraqlıdır ki, mühakimə olunanların əksəriyyəti yetkinlik yaşına çatmayanlardır. Onlara isə 4 il yarım və 5 il müddətinə islah müəssisələrində cəza çəkmə hökmü oxunub.