Tarix : 2008 May 31
Kod 4970

İRANA TƏCAVÜZ NİYYƏTİNDƏ OLAN HƏR BİL ƏL KƏSİLƏCƏK

İİR-in hakimiyyəti dönəmindəki qurulucuq keçmiş ilə müqayisədə misli görünməmiş, yüksək və fövqəladə sıçrayışlara malikdir
Iran Servisi/Aran Agentliyi
İİR-in prezidenti Mahmud Əhmədinejad deyib: İranın ayıq-sayıq və möhkəm ordusu, Korpusu, Bəsic və xalqı qüvvələri bu ölkəyə qarşı təcavüz niyyətində olan əli qıracaq.
Əhmədinejad cümə günü ölkənin Bəsic qüvvələri komandanları qarşısında İİR-in hakimiyyəti dönəmindəki quruculuğa işarə edərək deyib: İİR-in hakimiyyəti dönəmindəki qurulucuq keçmiş ilə müqayisədə misli görünməmiş, yüksək və fövqəladə sıçrayışlara malikdir.
O, sonrada İnqilab və İran islam Respublikası düşmənlərinin ötən 300 ildə İran xalqının cavan quruluşuna zərbə endirmək ilə bağlı müxtəlif planlarına işarə edərək deyib: Hazırda, pərvərdigarın mərhəməti, rəhbərlik , İran xalqı və Bəsic qüvvələrinin müqaviməti nəticəsində bütün hegemon qüdrətlər mütləq uçurum ərəfəsindədirlər.
İranın Milli Təhlükəsizlik Ali Şurasının sədri ABŞ prezidentinin İİR-a qarşı zərbə vurmaq və ya təhdid etməklə bağlı boş xəyal və ideyalarına işarə edərək kapitalist quruluşun dağılma sürətinin marksistlər və kommunistlərdən daha çox olmasına toxunaraq deyib: İndi dünyanı idarə etməkdə yararlı və faydalı iştiraka hazırlaşmaq lazımdır.
  • Yazılıb
  • da (də) 2008 May 31