Fələstinli Əsirlərin işi üzrə komitə yeni hesabatında işğalçı İsrail rejim həbsxanalarında 22 Fələstinli jurnalistin saxlanıldığını elan edib.
AranNews, xəbər verir ki, hesabatda bildirilir ki, həbsdə olan Fələstinli jurnalistlərin bəzisinin 20 yaşı var və sionist rejim tərəfindən söz və ifadə azadlığına dair beynəlxalq qanunlara zidd olaraq həbs ediliblər.
Sionist rejim əsgərləri bu jurnalistlərin çoxunu peşə fəaliyyətlərini yerinə yetirərkən həbs edib.
Fələstin Jurnalistlər Birliyi bəyan edib ki, sionist İsrail rejim həbsxanalarında saxlanılan Fələstinli jurnalistlərin azadlığa buraxılmasını təmin etmək məqsədi ilə beynəlxalq kampaniya başladacaq.
Birlik ötən gün bəyanat yayaraq elan edib ki, Fransa, Britaniya, İtalya, İspaniya və bir sıra digər ölkələrdən olan Jurnalist Birlikləri ilə birgə beynəlxalq kampaniyaya start verəcəklər.
Tezliklə Dünya və Avropa Jurnalistlər Birlikləri üçün ayrıca mesajlar göndəriləcək.
Kampaniya çərçivəsində Sionist rejimin müharibə naziri Avidqor Libermandan həbsdə saxlanılan Fələstinli jurnalistlərin tez bir zamanda azadlığa buraxılması tələb olunacaq. /Maide.Az/