Yəmənin aparıcı Ənsarullah Husilər hərəkatı Yəmənlə bağı Küveytdə keçirilən sülh danışıqlarının yekun sazişini Səudiyyədə imzalamaqdan imtina edib.
AranNews-un, “Deyerler.org”-ya istinadən verdiyi xəbərə görə, Ənsarullah Husilər hərəkatından bildiriblər ki, danışıqlar Küveytdə keçirilib və yekun saziş də bu ölkədə imzalanmalıdır. Səudiyyə bu təklifi təkidlə irəli sürsə də, Ənsarullah bu təklifi qətiyyətlə rədd edib.
Qeyd edək ki, Yəmənlə bağlı sülh danışıqları aprel ayının 21-i Küveytdə start götürüb.
Atəşkəsin elan edilməsinə baxmayaraq Səudiyyənin Yəmənə qarşı davamlı hücumlar etməsi, bir neçə dəfə bu danışıqları sual altına qoyub.