Tarix : 2016 Jul 20
Kod 49704

İŞİD qənimi, Əbu Əzrail: "Süleymani komandirimdir" - müsahibə

İraqın könüllü dəstələr qrupu olan “Həşdəş-şəbi”-nin tanınmış döyüşçüsü bir neçə gündür ki Məşhəd ziyarətindədir.


AranNews
-un verdiyi xəbərə əsasən, “Tasnimnews” saytı bu fürsətdən istifadə edərək Əbu Əzrail ləqəbi ilə tanınan Əyyub Ali-Rəbidən müsahibə alıb.
Müsahibənin maraqlı hissələrini sizə təqdim edirik:

-Sizcə İŞİD-in əsas hədəfi nədir?
-İŞİD-in bir hədəfi var o da islamı zülm və cinayət olaraq təqdim etməkdir. Lakin Allahın lütfü və imam Əlinin (ə) yardımı ilə bu qrup məhv olacaqdır.

-Qərbin, xüsusən ABŞ və İsrailin bu qrupu dəstəkləməsini nücə dəyərləndirirsiniz?
-Biz, ABŞ və İsraili 2 böyük şeytan olaraq tanıyırıq. Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələr də onların davamçılarıdırlar. Bizim sualımız budur ki, niyə məhz təqlid mərcələrinin fətvasından sonra onlar meydana daxil oldular. Niyə bizim gücləndiyimiz və İranın dəstək verdiyi zaman bu fikirə düşdülər? Niyə ondan öncə bizə yardım etmirdilər? Biz Ayətullah Sistaninin göstərişi ilə meydana daxil olduq. O, islamın böyük təqlid mərcələrindəndir. Fətva verdiyi zaman bütün məsələləri nəzərə alır. Bizim ilk hədəfimiz İŞİD-dir. Bu qrupu məhv etdikdən sora, zülm baş verən yerlərə gedəcəyik. İŞİD istər Suriyada olsun, istərsə də başqa yerdə biz onları məhv edəcəyik.

-Qasim Süleymani barədə şəxsi fikriniz nədir? Onunla bağlı hansıs xatirəniz varmı?
-Qasim Süleymani mənim komandirlərimdən biridir. O mücahid və mehriban biridir. Cihad yolunda zəhməti olan şəxsiyyətdir və bütün döyüşçülərə meyardır. Onun əsgəri olmaqla fəxr edirəm. Tele kanallar dəfələrlə ona müraciət edib, azad etdikləri bölgələr barədə müsahibə almaq istəsə də bu, onun üçün önəmli deyildi. Onun üçün önəmli olan bölgənin mühasirədən azad olunması idi. Mən onu hər gördüyümdə əlini, o isə mənim alnımı öpür. Onun öpdüyü yerə daima “Ya Zəhra (s)” yazılı parça bağlayıram.

-Ləqəbinizin anlamı nədir? Xüsusi silahlardan istifadə edirsiniz?
-Bu ləqəbi mənə İŞİD üzvləri verib. Onların ölülərinə belə rəhm etmədiyimə görə mənə “Əbu Əzrail” (Əzrailin atası) deyirlər. Onlar daima məni ailəmlə təhdid edirlər. Lakin buna ehtiyac yoxdur. Dedikləri yerdə İŞİD üzvləri ilə görüşməyə hazıram. Silaha gəldikdə isə, maşınım 7 tondur və tamamilə mərmi keçirməzdir. İŞİD başıma pul qoyub. Məni əsir edərək, onların lehinə şüar verməyimi planlaşdırırlar. Canlı olaraq əsir düşməməyim üçün daima özümlə əl bombası gəzdirirəm.

-Bir neçə gündür ki, İrandasız. Xalqa münasibətiniz necədir?
-Onlar məni gördükləri zaman qucaqlayır və mehribancasına davranırlar. Burdan bildirmək istəyirəm ki, İrana qarşı hər hansı təhlükə baş verərsə mən, onun müdafiəsinə qalxacaq ilk şəxs olacağam və bununla fəxr edirəm. Evimdə Ayətullah Xameneinin fotosunu saxlayıram. O Zəhra (s) xanımın əzizi, imam Zamanın (ə) yardımçısı və naibidir.
(Fars dilindən tərcümə: İslamazeri.az)
  • Yazılıb
  • da (də) 2016 Jul 20
  • Göndərən مدير سايت Aran News