Tarix : 2016 Jul 20
Kod 49705

Şeyx Qərdavidən Ərdoğan üçün inanılmaz sözlər

Misirin müftilərindən olan Yusif Qərdavi, Türkiyə hadisələri ilə bağlı Ərdoğana məktub ünvanlayıb.
AranNews-un verdiyi xəbərə əsasən, Ərdoğanı xalqın hidayətçisi və ehtiyaclıların yavəri kimi təqdim edən Qərdavi, Türkiyədə çevrilişin haram olduğunu deyərək bildirib: “O və təmsil etdiyi partiyanı dəstəkləyirəm. Son çevriliş hadisəsində Allah, ərəb xalqı, müsəlmanlar, Cəbrail və digər mələklər, Ərdoğanı dəstəklədilər.”
Qeyd edək ki, Qırdavi ömürünün uzun hissəsini Misir diktatoru Hüsnü Mübarəki dəstəkləyib, Misirdəki aksiyalarda isə o Mübarəkə qarşı çıxış edərək Məhəmməd Mursiyə dəstək vermişdi.
O "Xalq hərakatının dəstəklənməsini vacib, aksiyaçılara doğru atəş açmağı isə haram" etmişdi. Mursinin devrilməsindən sonra isə, Qərdavi Misiri tərk etməyə məcbur qalmış, bir müddət Qətər də yaşayan Qərdavi oradan da köçmək üçün ABŞ-a üz tutmuşdu.
Xatırladaq ki, Qərdavi sünni-şiələr arasında qarşıdurma yaranmasına şərait yaradan açıqlamaları ilə yadda qalıb. Bir müddət öncə oa "NATO şeyxi" deyə ləqəb qoymuşdular. /İslamtimes/
  • Yazılıb
  • da (də) 2016 Jul 20
  • Göndərən مدير سايت Aran News