Bu hərbi çevrilişə cəhdin doğru olub-olmamasına şübhələrlə yanaşı, Türkiyədə hərbi çevrilişin baş verməsi elə də gözlənilməz deyil.
AranNews- Gecədən bir qədər ötməmişdi ki, əvvəl vitural şəbəkələrdə, sonra isə televiziya və xəbər agentlilklərində hərbi çevrilişin baş verməsini xəbər verdilər.
Bu çevriliş öz hərbi gücü ilə tanınan və güclü hərbçiləri Atatürk mirasını qorumaq üçün istədikləri vaxt dövləti devirərək, hökuməti öz əllərinə keçirən Türkiyədə baş verdi. Türkiyə dövlətinin bu baxımdan həmişə müqaviməti zəif olub.
19-cu əsrdə avropalılar Türkiyə barədə maraqlı bir cümlə işlədirdilər: “Türklər fəth etməyi yaxşı bacarırlar, amma hökmranlıq etməkdə çox zəifdirlər”.
Osmanlı İmperatorluğunun həmin məsələsi bir neçə yüzillikdə üfüqlər ağalarını Avropanın xəstə kişilərinə çevirdi və sonra parçaladı. Türkiyə də həmin böyük imperatorluğun varisi olaraq daim hökmranlıqda zəif olmuşdur və çevriliş etmiş hərbçilərinin çəkmələrini küçələrdə görmüşdür. Türkiyədə heç vaxt uğurlu və səmərəli demokratiya olmayıb, bu baxımdan Avropanın köklü demokratiyasından çox uzaq olub.
Türkiyənin Avropa Birliyinə qəbul edilməməsinin səbəblərindən biri də bu ölkənin Avropanın nəzərdə tutduğu demokratiya standartları və insan haqları ilə uzaq fasilədə dayanmasıdır. Türkiyənin siyasi strukturunun davamsız və süst olmasına diqqət etməklə bu ölkədə birdən-birə baş verən hadisələri gözlənilməz hesab etmək olmaz.
Bu ökəni Almaniya, İsveçrə, İsveç və Avropanın digər demokratik ölkələri ilə müqayisə etmək olmaz. Əgər desələr ki, İsveçdə yaxın vaxtlarda hərbi çevrilş olacaq, çox az adam buna inanar və bunun baş tuta biləcəyini inkar edər. Amma həmin söz Pakistan, Çili, Argentina və digər inkişaf etməkdə olan ölkə barəsində deyilsə, çox az adam buna şübhə ilə yanaşar. Türkiyə də belə ölkələr sırasındadır. Bir neçə hərbi çevrilişin şahidi olmuş, etnik problemlərlə üzləşmiş, siyasi partiyaları bir-birinin canına düşmüş, hamısından önəmlisi isə hərbçiləri dövləti devirmək üçün lazım olan təcrübəyə malik olan Türkiyədə hərbi çevrilişin, hətta inqilabın, yaxud daxili müharibənin baş verməsi o qədər də gözlənilməz deyil. Deməli, təəccüb etməyə dəyməz və elə bir qəribə hadisə baş verməyib. Uğursuz bir hərbi çevriliş olub.
İndi bu məsələyə başqa prizmadan yanaşaq. Hərbi çevrilişin nəticəsi mövzusuna baxaq. Hərbi çevrilişun uğursuzluğu, o da çox qısa bir müddətdə və hökumətin ən yüngül xərci ilə. Xüsusilə də 2009-cu ildə Türkiyə xalqının “osmanlının sonuncu sultanı” adlandırdığı Ərdoğan üçün. Ərdoğan gözlənilmədən səhnəyə gəlir, mobil telefonu vasitəsilə xalqı küçələrə axışmağa çağırır və bir saat sonra zillətlə məğlub olmuş əsgər və zabitlər əlləri arxadan bağlanmış və adi camaatın yumruq, təpik və döyəcləri altında, üzləri qanlı və ağlayan halda görüntülənir.
Çevrilişin son səhnələrində isə bir dəstə sevindiyindən rəqs edir, bir dəstə ağlayır və döyülür, bir dəstə də çaşqın və heyrətdədir. Doğrusu, nə baş verib? Hamının qorxduğu çevriliş budurmu? Nə qədər sadədir. İldırım kimi gəldi və şimşək kimi söndü. Adını çevriliş qoymaqdansa “gözlənilməz ildırım” qoysaq daha yaxşıdır. Elə bu mövzu da bir çoxlarını ona istehza ilə və zarafat kimi baxmağa məcbur etdi. Sanki maraqlı bir komediya tamaşaya qoyulmuşdur. Bütün bunlar bir tamaşa idimi? Osmanlının sonuncu sultanı olan Ərdoğan rejissorluq eşqinə düşmüşdümü? Amma bəzilərinin də baxışı ayrıdır. Onların fikrincə, tam diqqətlə icra edilmiş peşəkar senari alınmışdır. Bu senari o qədər real icra olundu ki, çoxları ona inandı. Bəlkə tarixdə də qeyd olunacaq: “2016-cı il iyul ayının ortalarında Türkiyədə hərbi çevriliş baş verdi. Ölkənin sevimli prezidenti və milli qəhrəman, Ədalət və İnkişaf Partiyasının sədri, Osmanlının sonuncu sultanı ən yaxşı mümkün şəkildə çevrilişin qarşısını aldı.
O, Türkiyəni qorudu və xalqın dəstəyi ilə göstərdi ki, demokratiya ilk və son söz sahibi olacaq!”. Tarix buna bənzər bir cümlə yazmayacaqmı? Ümumi insanların yaddaşı qısadır. Amma dövlətlər və güc sahibləri adətən tarixi istədikləri kimi yazırlar. Ola bilsin ki, Ərdoğan dövləti də bu məsələdə uğurlu əməl etsin. Beynəlxalq münasibətlərdə “senari yaratmaq” (Scenario Making) adlı mövzu vardır. Bu mövzu müxtəlif sahələrdə işlənir. Əgər məsələyə bu prizmadan yanaşsaq, Ərdoğan dövləti böhrandan çıxmaq üçün bu senarini zirəngliklə yazmış və icra etmişdir.
Bir müddətdir ki, Türkiyə daxili ağır problemlərlə, gərginlik və toqquşmalarla üzləşib və bu problemlər hər gün ağırlaşmaqda idi. Ərdoğan dövlətindən narazılığın artması və dövlətin devrilməsi fərziyyəsi var idi. Amma hakim dövlət bu təhlükələri necə və nə vaxt aradan qaldırmağın lazım olduğunu bilmir. Ona görə də özü qabaqlayıcı hərəkətə keçir, nəzarətdə saxlanması mümkün olan bir çevriliş senarisi hazırlayır, gün və saatını təyin edir, müəyyən olunumuş qüvvələri müəyyən imkanlarla səhnəyə daxil edir.
Dövlət öncədən hər şeyi bildiyinə görə şəraiti nəzarətdə saxlayaraq irəli gedir, zabit və əsgərlər onların senarisinin oyunçusuna çevrilir. Birdən qəhrəman səhnəyə daxil olur, qılıncını siyirir, respublika irsini qorumaq üçün dəstə-dəstə insanlar onun başçılığı ilə səhnəyə daxil olur. Bu senari ilə Ərdoğan dövləti nə vaxt baş verəcəyi bilinməyən böyük bir təhlükənin qarşısını alır, dövlətdən narazı olanları və müxaliflərini tanıyır və aradan götürür.
Ordunun təhlükəli ola biləcək hissəsini öncədən nəzarətdə saxlayır, özünün ən mühüm düşməni Fətullah Güləni, onun siyasi və ideoloji hərəkatını öz hücumunun önündə saxlayır, rinqin küncünə sıxır, bacardığı qədər ona öldürücü zərbələr endirir. Bundan da önəmlisi xalqı və siyasi hərəkatları respublika irsini qorumaq üçün birləşdirir və bütün bunlar onun bazasını möhkəmləndirir.
Senari yaratmaq baxımından bu hərbi çevriliş tamamilə saxta və hökumətin özü tərəfindən idarə olunmuş bir çevriliş idi. Amma əgər bunu qəbul etsək, belə çıxır ki, Ərdoğan öz hökmranlığının, taxt-tacının əsaslarını qorumaq üçün Türkiyənin prestijini və etibarını zəiflətmiş, güclü ordusunu təhqir etmiş, demokratiyanın əsaslarını uzun müddətə sarsıtmışdır.
AKP-nin hakimiyyətə gəlməsindən 14 il ötür. Bu müddət ərzində böyük əngəl və problemlərin öhdəsindən gəlmişdir, böhranları geridə qoymuşdur. İndi belə nəzərə gəlir ki, böhranlardan (saxta, yaxud doğru) özü üçün böyük fürsətlər yarada bilər. Amma bununla belə Türkiyənin hökmranlıq meyarlarında zəifliyi vardır.
Bu hərbi çevrilişə cəhdin doğru olub-olmamasına şübhələrlə yanaşı, Türkiyədə hərbi çevrilişin baş verməsi elə də gözlənilməz deyil.
Yazar: Doktor Əfşin Zərgər