təlimlərin keçirilməsindən məqsəd dənizdə böhran vəziyyətlərinin idarə edilməsi və dənizdə xilasetmə işlərinin yaxşılaşdırılması məqsədi ilə Xəzəryanı ölkələr arasında təcrübə mübadiləsi aparmaqdır.
Arannews- Xəzərdə 5 ölkənin iştirakı ilə böhran vəziyyətlərinin idarə edilməsi üzrə təlimlər keçiriləcək
bunu İranın böhran vəziyyətlərinin idarə edilməsi üzrə təşkilatının mətbuat katibi Əli Bəxtiyari deyib.
Ə.Bəxtiyarinin sözlərinə görə, təlimlər avqust ayının sonlarında Həştərxanda 3 gün müddətinə keçiriləcək. Təlimlərdə Rusiya, Azərbaycan, Türkmənistan, Qazağıstan və İran iştirak edəcək.
Onun sözlərinə görə, təlimlərdə Xəzəryanı ölkələrdən müxtəlif dövlət strukturlarından o cümlədən Neft Nazirliyi, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qirmızı Aypara Cəmiyyətindən və s. nümayəndələr iştirak edəcək.
Ə.Bəxtiyari deyib ki, təlimlərin keçirilməsindən məqsəd dənizdə böhran vəziyyətlərinin idarə edilməsi və dənizdə xilasetmə işlərinin yaxşılaşdırılması məqsədi ilə Xəzəryanı ölkələr arasında təcrübə mübadiləsi aparmaqdır.