Tarix : 2008 May 31
Kod 4971

SÖZDƏ İNSAN HAQLARINI HİMAYƏ EDƏNLƏR FİTNƏKARLIQ VƏ OYUNBAZLIQDAN ƏL ÇƏKSİNLƏR

İran xalqı İslam və Nəhcülbəlağə təlim və prinsiplərinə arxalanaraq insan haqları xüsusunda Qərb dünyası ilə müqayisədə daha zəngin qaynaqlara malikdir
Iran Servisi/Aran Agentliyi
İran İslam Şurası Məclisinin müvəqqəti spikeri Əli Laricani özlərini sözdə insan haqlarının himayəçisi adlandıranları fitnəkarlıq və oyunbazlıqdan əl çəkməyə çağırıb.
İRNA xəbər verir: Əli Laricani cümə axşamı günü İranın müqəddəs Qum şəhərində şəhid ailələrini qəbulu zamanı deyib: İnsan haqlarına riayət etmək İslamın təməlini təşkil edir. ona görə də Avropa Parlamentinin İrana insan haqların dərsi keçirməsinə ehtiyac yoxdur.
Onun sözlərinə görə, İran xalqı İslam və Nəhcülbəlağə təlim və prinsiplərinə arxalanaraq insan haqları xüsusunda Qərb dünyası ilə müqayisədə daha zəngin qaynaqlara malikdir.
O sonra Qərb dövlətlərinə üz tutaraq deyib: Yaxşı olardı ki, siz başqalarına nəsihət vermək yerinə öz zindanlarınızı bağlayasınız.
İranın İslam Şurası Məclisinin müvəqqəti spikeri deyib: Biz insan haqlarını himayə etməkdə zəngin qaynaqlara malikik, ona görə də özlərini sözdə insan haqlarının tərəfdarı adlandıranların öyüdü və nəsihətinə ehtiyaclı deyilik.
Laricaninin bu kəskin xarakterli sözlərin Avropa Parlamentinin son vaxtlar yaramaz bir hərəkət ilə İranın İslam Şurası Məclisinə müraciət edərək İran Parlamentinin bu ölkədə insan haqlarını himayə sahəsində addımlar atmasını istəməsindən sonra irəli sürülüb.
 
  • Yazılıb
  • da (də) 2008 May 31