Tarix : 2016 Jul 20
Kod 49712

ANS telekanalı bağlanıb

ANS telekanalı Azərbaycan və Türkiyə xalqlarının əlaqələrinə zidd mövqe tutubdur.
Arannews- Azərbaycan Respublikasında ANS telekanalı bağlanıb.
Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası bir məlumatda ANS-in bağlanmasının səbəbini, bu ölkə ilə Türkiyə arasındakı strateji əlaqələrə zidd mövqe tutmaq, bu kanal tərəfindən Türkiyə dövlətinə qarşı verilişlərin yayılması və rəsmi Ankara ilə sərt müxalif olan Fəthullah Güləni dəstəkləmək elan edib.
Bu məlumatda deyilir: Azərbaycan Respublikası prezidenti İlham Əliyev son Türkiyə hadisələrini açıq şəkildə çevrilişə cəhd, eləcə də Türkiyənin dövlət quruluşuna və xalqına qarşı dəhşətli cinayət adlandırıb və bildirib ki, Azərbaycan Respublikası Türkiyənin dövləti və xalqının kənarındadır və bu ölkənin qanuni dövlətini dəstəkləyir.
Bu məlumata görə, Azərbaycan Respublikasının xalqı da Türkiyə xalqı həmrəylik edərək, həmin ölkədəki çevriliş səylərini pisləyib, lakin təəssüflə, ANS telekanalı Azərbaycan və Türkiyə xalqlarının qardaş əlaqələrinə zidd mövqe tutubdur.


  • Yazılıb
  • da (də) 2016 Jul 20
  • Göndərən مدير سايت Aran News