Tarix : 2016 Jul 21
Kod 49717

Rusiya və Türkiyə prezidentləri görüşəcək

Putin və Ərdoğan bu ilin avqust ayının ilk on günündə Rusiya şəhərlərindən birində görüşəcək.
Arannews- Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu ilin avqust ayının ilk on günündə Rusiya şəhərlərindən birində görüşəcək.
bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Həqiqətən, hazırda diplomatik kanallar vasitəsilə Putin və Ərdoğan arasında görüş təşkil etmək üçün hazırlıqlar gedir. Bu görüşün avqustun ilk ongünlüyündə Rusiya Federasiyasında olacağı ilə bağlı razılığa gəlmişik. Amma şəhər və dəqiq tarix hələ bilinmir”, – deyə D.Peskov bildirib.


  • Yazılıb
  • da (də) 2016 Jul 21
  • Göndərən مدير سايت Aran News