Putin və Ərdoğan bu ilin avqust ayının ilk on günündə Rusiya şəhərlərindən birində görüşəcək.
Arannews- Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu ilin avqust ayının ilk on günündə Rusiya şəhərlərindən birində görüşəcək.bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Həqiqətən, hazırda diplomatik kanallar vasitəsilə Putin və Ərdoğan arasında görüş təşkil etmək üçün hazırlıqlar gedir. Bu görüşün avqustun ilk ongünlüyündə Rusiya Federasiyasında olacağı ilə bağlı razılığa gəlmişik. Amma şəhər və dəqiq tarix hələ bilinmir”, – deyə D.Peskov bildirib.