Azərbaycan Respublikasinda "Hizmet" hərəkatının tabeliyində olan bir universitet bağlanıb
Arannews- Azərbaycan Respublikasında Fəthullah Gülənin başçılıq etdiyi "Hizmet" hərəkatının tabeliyində olan bir universitet bağlanıb.Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu xəbəri təsdiq edərək, bildirib ki, Qafqaz Universitetinin tələbələri bu ölkədəki digər universitetlərə köçürüləcəklər.
Digər tərəfdən, Bakıda çıxan Zaman qəzeti və qəzetin internet saytı da son uğursuz Türkiyə çevrilişilə bağlı bağlanıbdır.
Qəzetin təsisçiləri bildiriblər ki, regiondakı son həssas cərəyanlara görə, bu qəzetin və onun saytınını bağlanması haqda qərar qəbul edilib.
1991-ci ildən çıxan bu qəzet Türkiyədə çıxan Zaman qəzetinin tabeliyində olan qəzet sayılırdı.