Sionist rejiminin döyüş təyyarələri Suriyanın cənubundakı hökumət qüvvələrinin mövqelərini bombalayıb.
AranNews, xəbər verir ki, Qolan təpələrindəki Qunaytra bölgəsindən endirilən aviazərbə nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilmir.
Suriya ordusundakı mənbələrin məlumatına görə, İsrail rejimi həm də Suriyanın hava sərhədlərini pozub. Qeyd edək ki, Suriyada terrorçularla ordu arasındakı qarşıdurmalar başlayan gündən işğalçı İsrail rejimi dəfələrlə Suriya ordusunu hədəf alıb. /Eastnews.org/