Tarix : 2016 Jul 22
Kod 49722

Əsəd: "Ərdoğan hərbi çevriliş cəhdini öz xeyrinə istifadə etdi"

Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, Türkiyə lideri rəhbərlik etdiyi ölkədə hərbi çevriliş cəhdini öz xeyrinə istifadə edib.
AranNews-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Əsəd qeyd edib ki, Ərdoğan bu çevriliş cəhdini öz ekstremist planlarını həyata keçirmək üçün istifadə edib.
"Universitetlərin, hakimlərin və ictimaiyyətin hərbi çevrilişlə nə əlaqəsi var? Bu Ərdoğanın baş verənlərə qarşı həqiqi niyyətini əks etdirir, çünki istintaq hələ başa çatmayıb.
Onlar bütün bunlar haqqında necə qərar verə biliblər? Ərdoğan bu hərbi çevrilişi ekstremist planlarını həyata keçirmək üçün istifadə edib.
O, "Müsəlman qardaşları" proqramını Türkiyənin daxilində həyata keçirir. Bu isə Türkiyəyə, qonşu dövlətlərinə o, cümlədən də Suriyaya təhlükə törədir", - deyə Suriya lideri qeyd edib. /Deyerler.org/
  • Yazılıb
  • da (də) 2016 Jul 22
  • Göndərən مدير سايت Aran News