Tarix : 2016 Jul 23
Kod 49728

ANS TV-nin ABŞ-a ezam olunmuş müxbiri Bakıya çağırılıb

telekanal rəhbərliyi Ataşovadan izahat alacaq və...
Arannews- Gülən ilə müsahibə ANS-də kadr dəyişikliyinə səbəb ola bilər. ANS-in rəhbərliyi üzr istəməkdən əlavə, müxbirini də qurban verir. 
ANS TV-nin ABŞ-a ezam olunmuş müxbiri Bakıya çağırılıb. Bu haqda ANS TV əməkdaşları məlumat verib.
telekanal rəhbərliyi Ataşovadan izahat alacaq və Ataşovanın nəyə görə türkiyəli jurnalistlərlə mətbuat konfransını tərk etmədiyi və Fətullah Gülənin evinə daxil olaraq müsahibə alması müzakirə olunacaq.
Eyni zamanda telekanalın ciddi dəyişikliyə gedəcəyi və Ataşovanın işdən azad olunacağı da deyilir.

  • Yazılıb
  • da (də) 2016 Jul 23
  • Göndərən مدير سايت Aran News