Tarix : 2016 Jul 23
Kod 49729

Ayətullah Xatəmi Türkiyədə Hərbi Çevrilişi Pisləyib

Türkiyə xalqının səsi, eləcə də Suriya xalqının səsi möhtərəmdir. Bu əsasda, Fələstin və Bəhreyn xalqlarının səsləri də möhtərəmdir ki, bu məsələ İran İslam Respublikası quruluşunun əsas mövqeyidir.
Arannews- Tehranın cümə namazı xətibi ayətullah Seyid Əhməd Xatəmi Türkiyədə hərbi çevrilişi və zorakılığın üstün gəlməsini pisləyib.
Tehranın cümə namazı xətibi deyib: Türkiyə xalqının səsi, eləcə də Suriya xalqının səsi möhtərəmdir. Bu əsasda, Fələstin və Bəhreyn xalqlarının səsləri də möhtərəmdir ki, bu məsələ İran İslam Respublikası quruluşunun əsas mövqeyidir.
Tehranın cümə namazı xətibi son Bəhreyn olaylarına və bu ölkənin tanınmış ruhanisi Şeyx İsa Qasimin vətəndaşlığının ləğv olunmasına toxunaraq, söyləyib: Bəhreyndəki müstəbid və diktator hakimlər bu ölkə xalqına qarşı hər bir cinayət törədirlər.
Ayətullah Xatəmi deyib: Ali-Xəlifə rejiminin hökmranları Amerika və İngiltərənin müdiriyyəti ilə Bəhreyn xalqı ilə nalayiqcəsinə davranırlar. İnsan haqları üzrə çoxlu sayda hallara əsasən, heç bir hökumətin bir vətəndaşın vətəndaşlığını əlindən almağa haqqı yoxdur, amma Ali-Xəlifə rejimi bir din xadiminin vətəndaşlığını əlindən alıbdır ki, bu da təəssüf doğurur. Bəhreyn ruhaniləri bütün dünya müsəlmanlarından yardım diləyiblər.
Tehranın cümə namazı xətibi eyni zamanda Bəhreyn xalqına tövsiyə edibdir ki, müqavimət yolunu davam etdirsin, zira qələbə səhəri yaxındadır.
O, habelə BMT-nin baş katibi Ban Ki Munun nüvə anlaşması haqdakı hesabatını insafsızcasına adlandırıb və belə deyib: Sionistlərin təzyiqi altında hesabat hazırlayan və Ərəbistanın adını Yəməndə günahsız uşaqların qırğın edilməsi və insan haqlarının pozucuları siyahısından çıxarmaq üçün səudlardan dollarlar alan bir baş katibdən bundan artıq nə gözləmək olar?
Ayətullah Xatəmi qərbli ölkələrə xəbərdarlıqla bildirib: Əgər İran İslam Respublikasına qarşı xəta edərsinizsə, mütləq peşman olacaqsınız.
O, habelə Fransanın Nitsa şəhərindəki son terror hərəkəti barədə deyib: Dünyanın hər bir yerində terror hərəkətləri pislənir və Fransada baş verənlərin toxumu Qərb ölkələri tərəfindən səpilibdir.
Tehranın cümə namazı xətibi vurğulayıb: Qərb terrorizmə dəstək verməyə son qoymalı və bu nəhs fenomeni yaxşı və pis terrorizmə bölməməlidir.
Ayətullah Xatəmi  ikinci xütbədə vurğulayıb: Xalq bəzi məsul şəxslərin aristokratiyanı diriltmələrinə dözməyəcək.
Tehranın cümə namazı xətibi deyib: Öncəki, hazırkı və gələcək dövlətlərdə astronomik ödənişlər pislənir və xalq qətiyyətli tədbirlərin görülməsini gözləyir.


  • Yazılıb
  • da (də) 2016 Jul 23
  • Göndərən مدير سايت Aran News