Ərdoğan çevrilişə cəhddən əvvəl xüsusi xidmət orqanlarının işində nöqsanların və boşluqların olduğunu etiraf edib.
Arannews- Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ölkədə yeni çevriliş cəhdinin ola biləcəyini istisna etməyərək, hazırkı şəraitdə bunun heç də asan olmayacağını qeyd edib.Türkiyə prezidenti çevrilişə cəhddən əvvəl xüsusi xidmət orqanlarının işində nöqsanların və boşluqların olduğunu etiraf edib.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrində yeni struktur yaradılacaq.
Prezidentin fikrincə, ölkədə üç ay müddətinə elan olunmuş fövqəladə vəziyyət rejiminin müddəti başa çatdıqdan sonra onun uzadılması üçün heç bir maneə yoxdur. Ərdoğan, həmçinin, Konstitusiyaya dəyişikliklərin edilməsini istisna etməyib.
Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkə ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqini nəzərdə tutan qərar layihəsini qəbul edib.