AranNews, “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Cənub hərbi dairəsinin komandanının birinci müavini, general-leytenant Aleksandr Juravlyov Rusiyanın Suriyadakı qoşunlarına komandanlıq edəcək.
O, general-polkovnik Aleksandr Dvornikovu əvəz edəcək. Aleksandr Dvornikova Cənub hərbi dairəsinə başçılıq etmək təklif olunub.
Aleksandr Juravlyov 1990-cı illərin ortalarından Uzaq Şərqdə tank alayının qərargah müdirindən motoatıcılıq diviziyasının komandirinə qədər yol keçib.
2008-2010-cu illərdə 58-ci ordunun (Şimali Qafqaz) qərargah müdiri olub. 2010-cu ildən 2-ci qvardiya ordusuna (Samara) komandanlıq edirdi.
2015-ci ildə Mərkəzi hərbi dairəsinin komandanın birinci müavini olan general daha sonra Cənub hərbi dairəsinə köçürülüb.