Suriya Demokratik Qüvvələrinin (Red- Kürd Peşmərgə) İŞİD terrorçu qruplaşmasına Mənbic şəhərini tərk etməsi üçün 48 saat möhlət verdiyi qeyd olunur.
AranNews-un verdiyi xəbərə görə, Suriya Demokratik Qüvvələri bu barədə məlumat yayaraq bildiriblər ki, məqsəd mülki şəxslərin həyatlarını təhlükəyə atmamaq və şəhərin döyüşlər zamanı dağıdılmasının qarşısını almaqdır.
"Əgər İŞİD verdiyimiz möhlətdə şəhərdən çıxmasa onları orada məhv edəcəyik" deyə məlumatda bildirilir. Qeyd edək ki, Suriya Demokratik Qüvvələrinə Mənbic uğrunda döyüşlərdə ABŞ və koalisiya qüvvələri də dəstək verir. /eastnews.org/