Tarix : 2016 Jul 23
Kod 49733

Sarkisyan: " Ermənistanda heç bir məsələ güc, girovların götürülməsi və s. ilə həll olunmayacaq"

Ermənistan prezidenti: "Patrul alayının binasını ələ keçirən şəxslərdən təslim olmağı, silahı yerə qoymağı və girovları azad etməyə çağırıram".
Arannews- Ermənistan prezidenti Serj Sarkisyan Təhlükəsizlik Şurasının üzvləri və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə birlikdə iclas keçirib.
iclas Yerevanda post-patrul polisinin binasını ələ keçirilməsi ilə nəticələnən hadisəyə həsr olunub.
 “Biz əlimizdən gələni etməliyik ki, bu cür hallar təkrar olunmasın və hər şey sülh yolu ilə həll olunsun. Ermənistanda heç bir məsələ güc, girovların götürülməsi və s. ilə həll olunmayacaq. Patrul alayının binasını ələ keçirən şəxslərdən təslim olmağı, silahı yerə qoymağı və girovları azad etməyə çağırıram”.
 Sarkisyan güc strukturlarını hər an aktiv əməliyyatlara hazır olmağa çağırıb.


  • Yazılıb
  • da (də) 2016 Jul 23
  • Göndərən مدير سايت Aran News