Tarix : 2016 Jul 23
Kod 49739

Bəhreyn şahzadəsi İŞİD-Ə qatıldı

Bəhreyn saray qvardiyasının komandanı, Bəhreyn padşahının 4-cü oğlu Nasir bin Həməd Ali Xəlifə Türkiyə sərhədlərindən keçərək İŞİD sıralarına qatılıb.
AranNews, xarici mətbuata istinadən xəbər verir ki, Bəhreyn saray qvardiyasının komandanı, Bəhreyn padşahının 4-cü oğlu Nasir bin Həməd Ali Xəlifə bu günlərdə Türkiyə sərhədlərindən keçərək İŞİD sıralarına qatılıb. İŞİD 29 yaşlı padşah oğlunun bəyanatını yayıb. Nasir deyir: Mən üzülürəm ki, atam Amerikanın əlaltısı olaraq Bəhreyni Amerika dəniz qüvvələrinin bazasına çevirib. O, təcili hakimiyyətdən uzaqlaşıb xəlifə Əbubəkr Bağdadiyə beyət etməlidir.
Amerika donanmasının 5-ci filotiliyası Bəhreyn sularında mövqe tutub. Padşah Həməd Ali Xəlifə ölkə boyu insan haqlarını ayaq altına alsa da Amerika öz mənafelərini əsas götürərək bu diktator rejimə dəstək verir.
  • Yazılıb
  • da (də) 2016 Jul 23
  • Göndərən مدير سايت Aran News