Tarix : 2016 Jul 23
Kod 49741

İŞİD hakerləri “Rəvan Sığorta” ASC-nin rəsmi veb-saytını dağıdıblar

sayta hücum edənlər İŞİD terror təşkilatını təmsil etdiklərini bildiriblər.
Arannews- İŞİD hakerləri Azərbaycanın sığorta şirkətinin saytına hücum ediblər. Hakerlər Azərbaycanın “Rəvan Sığorta” ASC-nin rəsmi veb-saytını dağıdıblar.
sayta hücum edənlər İŞİD terror təşkilatını təmsil etdiklərini bildiriblər.
Dünya və Azərbaycan xalqına mesaj göndərən terrorçular saytda həm də Suriya hadisələrini özündə əks etdirən video yerləşdiriblər.
Xatırladaq ki, bir müddət əvvəl özlərini İŞİD terror təşkilatına aid edən hakerlər “Amrahbank” ASC-nin də saytını dağıtmışdılar.


  • Yazılıb
  • da (də) 2016 Jul 23
  • Göndərən مدير سايت Aran News