Ermənistan parlamentinin müxalifətçi deputatı Nikol Paşinyan prezident Serj Sarkisyanın istefasını tələb edib.
Arannews- Cümə günü axşam Yerevanda təxminən 1500 nəfər mitinqə toplaşıb. Mitinq iyulun 17-dən silahlı qrupun əlində saxladığı polis idarəsi binasının yaxınlığında keçirilir. Zəbt edilmiş binanın ətrafı polis tərəfindən mühasirəyə alınıb.
mitinqdə çıxış etmiş Ermənistan parlamentinin müxalifətçi deputatı Nikol Paşinyan prezident Serj Sarkisyanın istefasını tələb edib. O, ölkə rəhbərliyinin siyasətini tənqid atəşinə tutub.
«Fəaliyyətimizin əsas məqsədlərindən biri Serj Sarkisyanın istefası olmalıdır», - Paşinyan deyib.