İlham Əliyevin təqdim etdiyi «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktının layihəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası təyin olunub.
Arannews- İyulun 25-də Azərbaycan Respublıkasında Referendum Aktına baxılacaq.
Azərbaycan Respublıkasının prezidenti İlham Əliyevin təqdim etdiyi «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktının layihəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası təyin olunub.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclas iyulun 25-də keçiriləcək.
İyulun 18-də prezident İ.Əliyev rəy alınmasından ötrü Konstitusiya Məhkəməsinə «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktı layihəsini göndərib.
Konstitusiyada nələr necə dəyişdirilir?
Həmin layihədə Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postlarının yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır.
Aparıcı müxalifət qüvvələri bu layihənin əleyhinə mövqelərini bildiriblər. Onların fikrincə, bu, respublika sistemindən monarxiya sisteminə keçməkdir.