Tarix : 2016 Jul 24
Kod 49747

Türkiyənin XİN Rəhbəri: "Hərbi çevrilişə cəhd edənlərə qarşı Rusiyadan böyük dəstək aldıq"

Hərbi çevrilişə cəhd zamanı Türkiyəyə ən böyük dəstəyi Rusiyanın verdiyini deyən Çavuşoğlu həmin an rusların yanlarında olduğunu bildirib.

Arannews- Hərbi çevrilişə cəhd edənlərə qarşı Rusiyadan böyük dəstək aldıq.

bu açıqlama ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxış edib. 
Hərbi çevrilişə cəhd zamanı Türkiyəyə ən böyük dəstəyi Rusiyanın verdiyini deyən Çavuşoğlu həmin an rusların yanlarında olduğunu bildirib:
"15 iyul günü Gənclər və İdman naziri Akif Cağatay ilə Samsundaydıq, Milli İstihbarat Təşkilatının (MİT) sədri Hakan Fidana zəng etdim, ancaq telefonu məşğul idi. Kəşfiyyat zəiflik göstərdi, ancaq prezidentə öncədən xəbər verilməli idi. Bu zəiflikləri aradan qaldırmağımız lazımdır".

  • Yazılıb
  • da (də) 2016 Jul 24
  • Göndərən مدير سايت Aran News