Tarix : 2016 Jul 24
Kod 49750

Məhəmməd Rəsulullah (s) filmi İraqda nümayiş olunacaq

dünyada geniş rezonans doğuran "Məhəmməd Rəsulullah (s)" filminin İraqda nümayişinə başlanılır.
AranNews, xəbər verir ki, Bu barədə filmin rejissoru Məcid Məcidi ilə İraq Mədəniyyət Nazirliyi arasında razılaşma sənədi imzalanıb.
Razılığa dair sənəd İraq mədəniyyyət nazirinin müavini Cabir Əl-Cabirinin iştirakı ilə İran paytaxtı Tehranda imzalanıb. Sənəddə filmin ən qısa zamanda İraqda nümayişinə başlanması nəzərdə tutulur.     
İran kinomatoqrafiyasının ən bahalı filmi olan "Məhəmməd Rəsulullah (s) filmi 40 milyon dollar büdcə ilə 8 ilə çəkilib.
Filmin uğuru qarşında tab gətirməyən Səudiyyə Ərəbistanı, Misir və bir sıra ərəb ölkələri onun yayımını öz ölkələrində qadağan edib.
Filmin ötən ilin dekabrından Türkiyədə də 450-dən artıq kinoteatrda nümayiş olunacağı bildirilsə də, sonradan naməlum səbəblərdən burada da nümayişlərin qarşısı alınıb. /Təsnim/
  • Yazılıb
  • da (də) 2016 Jul 24
  • Göndərən مدير سايت Aran News