Tarix : 2016 Jul 24
Kod 49751

Ohanyan Sərkisyanın Çağırışina Yox Dedi

Seyran Ohanyanın Seyranın Çağırışina Yox Dediyinin səbəbləri açıqlanmır.

Arannews- iyulun 22-də Ermənistan Prezidenti Serj Sərkisyanın güc strukturlarının nümayəndələri ilə məhkəmə islahatları barədə keçirdiyi ikinci müşavirədə Müdafiə naziri Seyran Ohanyan iştirak etməyib.

Erməni mətbuatı Seyran Ohanyanın iclasa qatılmamasının səbəblərini açıqlamır.
Ancaq bir müddət öncə erməni KİV-lərində Ermənistan Silahlı Qüvvələrində yüksək vəzifəli şəxslərin işdən çıxarılması və korrupsiya faktları ilə bağlı Sərkisyanla Ohanyan arasında gərginliyin pik həddə çatdığı vurğulanıb.
Qeyd edək ki, Ermənistanda hökumət əleyhinə etirazlar yenidən baş qaldırıb. Serj Sərkisyan iyulun 22-də keçirdiyi görüşdə İrəvanda polis binasını tutan şəxsləri silahı yerə qoymağa və təslim olmağa çağırıb.

  • Yazılıb
  • da (də) 2016 Jul 24
  • Göndərən مدير سايت Aran News