Rusiya Bəşər Əsədə qarşı dəstəyinə son versə, Səudiyyə Ərəbistanı ona Fars Körfəzi Əməkdaşlığ Şurası Bazarına və regional investisiyalar fonduna giriş imkanları təklif edəcək.
AranNews, xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı xarici işlər naziri Adel əl Cubeyr “Politico.eu” saytına müsahibəsində bildirib. “Biz Yaxın Şərqdə Rusiyaya onu Sovet İttifaqından daha güclü edəcək pay verməyə hazırıq” - deyə xarici işlər naziri qeyd edib.
Rusiya Strateji Araşdırmalar İnstitutu direktorunun müşaviri Yelena Suponina isə səudiyyəli nazirin açıqlamasını primitiv adlandırıb, onu siyasi təcrübəsizlikdə ittiham edib. Müşavir deyib ki, Rusiyanın beynəlxalq arenadakı mövqeyi neft dollarları ilə ölçülmür. Ekspert ölkə maraqlarının da yalnız Bəşər Əsədi dəstəkləməklə məhdudlaşmadığını da vurğulayıb. /APA/