Hindistan Müsəlmanları İttifaqı Şurasının rəhbəri Əsəduddin Uveysi İŞİD terror qruplaşmasını bəşəriyyətin ən böyük düşməni adlandırıb.
AranNews, xarici mətbuata istinadən xəbər verir ki, Heydərabadda baş tutmuş müsahibədə Uveysi deyib: İŞİD-in əsas məqsədi İslamın məhvidir. İŞİD İslamı yaymaq yox, məhv etmək üçün yaradılıb.
İŞİD-in terror əməliyyatları nəticəsində günahsız insanların ölümü İslamın adına yazıla bilməz. Bu qrupu məhv etmək hamımızın vəzifəsidir.
Hindistan Müsəlmanları İttifaqı Şurasının rəhbəri İŞİD lideri Əbubəkr Əl-Bağdadiyə üz tutaraq deyib ki, həqiqi müsəlmanlar bir gün onu cəzasına çatdıracaq.