Əfqanıstanda keçirilən etiraz aksiyalarında 2 terror aktı törədilib. Paytax Kabildə axşama doğru törədilən terror aktları nəticəsində 50-dən artıq vətəndaş həyatını itirib.        
  AranNews, xəbər verir ki, Əfqan mənbələrinə görə, ard-arda törədilən 2 partlayışdan sonra 130 nəfər yaralanıb. 
Əfqanıstan Səhiyyə Nazirliyi yaralıların yaxınlıqdakı xəstəxanalara yerləşdirildiyini açıqlayıb. 
Hadisənin məsuliyyətini hələ ki, üzərinə götürən olmayıb. /Earstnews.org/