Avropa Birliyi, Türkiyənin bu birliyə üzvlüyü ilə bağlı əməkdaşlıqda ikili meyarlara əl atır və bir birliyə üzv digər ölkələrə qəbul etdirməyi meyarları Türkiyəyə qəbul etdirməyə cəhd göstərir
Turky Servisi/Aran Agentliyi
Fransa parlamentinin üzrləri, Türkiyənin Avropa Birliyinə qoşulması üçün referendum keçirməsinin zəruri adlandırıblar.
Frans Pressin Parisdən verdiyi məlumata görə, cümə axşamı günü Fransa parlamentinin bu ölkə konstitusiyasına əlavə etdiyi maddəyə görə, əhalisinin sayı Avropa Birliyi əhalisinin 5 faizindən çox olan Türkiyə kimi bir ölkənin bu birliyə qoşulması üçün Fransada referendum keçirilməsini zəruriləşdirir.
Bu maddə əleyhinə verilmiş 21 səsin qarşısında 48 leyhinə səs ilə ratifikasiya edildi.
Daxil olan digər bir məlumata görə, Türkiyənin baş naziri Rəcəb Təyib Ərdoğan Avropa Birliyinin bu ölkə ilə bağlı ikili rəftar və meyarlarını tənqid edib.
Röytersin cümə günü Rəcəb Təyib Ərdoğana istinadən yazıb: Avropa Birliyi, Türkiyənin bu birliyə üzvlüyü ilə bağlı əməkdaşlıqda ikili meyarlara əl atır və bir birliyə üzv digər ölkələrə qəbul etdirməyi meyarları Türkiyəyə qəbul etdirməyə cəhd göstərir.
Türkiyə dövləti, 2005-ci milad ilində Türkiyənin Avropa Birliyinə üzvlüyü müzakirələrinə başlayıb. Ancaq bu birliyin Fransa kimi bəzi üzvləri Türkiyənin bu birliyə üzvlüyünə şübhə il yanaşırlar.