Tarix : 2016 Jul 25
Kod 49760

Fətullah Gülən; Ərdoğanla müxalifətdən çevrilişin bir nömrəli müttəhəminə qədər

Türkiyədə hərbi çevrilişin ilk saatlarından bu ölkənin bir qrup rəsmiləri və mediaları Fətullah Güləni hökumətin bir nömrəli düşməni elan etdilər.
AranNews- Türkiyədə hərbi çevrilişin ilk saatlarından bu ölkənin bir qrup rəsmiləri və mediaları Fətullah Güləni hökumətin bir nömrəli düşməni elan etdilər. Gülən bu ittihamı bərk rədd etdi. Amma bu sürgündə olan vaiz kimdir və sözü nədir?

Fətullah Gülən
Fətullah Gülən 1941-ci il aprel ayının 27-də  Türkiyənin Ərzurum bölgəsində anadan olub. O, 1980-cı illərə qədər Türkiyənin müxtəlif şəhərlərində imam və ruhani kimi fəaliyyət göstərirdi.
Fətullah Gülən bir çox kitabların müəllifidir və öz əsərlərində İslam, fiqh, təhsil sistemindən söz açmışdır. O, ictimai ədalət və dinlərarası dialoq haqqında kitab çap etməklə özünə çoxlu tərəfdar toplamışdır. 
1999-cu ildə Amerikaya mühacirət edən Fəhullah Gülən səhhətində problemlər olduğu üçün Pensilvaniyada olan mülkdə təcrid və guşəneşin durumunda yaşayır, ictiamiyyət arasına çox az görünür.
O, əslində müalicə almaq üçün Amerikaya getdi, amma Türkiyədə onun üçün təqib hökmü çıxarıldığından, orada daimi yaşamağa məcbur oldu.

Fətullah Gülənin irfani təlimləri 
Təqribən yarım əsr bundan öncə İslam barədə xüsusi çıxarışlar yaydığına görə Fətullah Gülənin adı dillərə düşdü. Onun təbliğ etdiyi islam, sünnədən çox irfana söykənir. Gülən öz irfani baxışını dinlər arasında tolerantlıq, təhsil, mərifət və dialoqa qatmışdır.
Almaniyanın “Tagesschau” birinci televiziya kanalının xəbər saytı yazır ki, Fətullah Gülən maarifin dostudur və öz ardıcıllarına nəsihət edir ki, məscid əvəzinə məktəb inşa etsinlər. O, özünün bu hərəkətini xidmət adlandırır. O, öz hərəkatını da “xidmət” adlandırıb və tərəfdarlarından istəmişdir ki, ibadət əvəzinə daim öz həmnövlərinə xidmət etsinlər.
Fətullah Gülən dövlət və dinin bir-birindən ayrı olmasının bərk tərəfdarıdır. Bu baxımdan yeni Türkiyənin təsisçisi Mustafa Kamal Atatürklə heç bir fərqli baxışı yoxdur.

İctimai və əxlaqi bir hərəkat
Fətullah Gülənin ardıcılları dünyanın yüzdən çox ölkəsində mindən yuxarı məktəb təsis ediblər. Türkiyədə onlarla universitet, xəstəxana, xeyriyyə müəssisəsi Gülən yanaşması əsasında yaradılmışdır.
Almaniyanın Köln, Ştutqart, Manhaym və Berlin şəhərlərində də “Xidmət Hərəkatı”nın şöbələri fəaldır və ehtiyacı olanlara yardım göstərir.
Almaniyada 25 məktəb, 300 dərs dairəsi Fətullah Gülənin təlimləri əsasında fəaliyyət göstərir. Tənqidçilər bu məktəblərin radikal islamçıların bazasına çevrilə biləcəyindən narahatdırlar.

Türkiyənin islamçı hökuməti ilə düşmənçilik
Fətullah Gülənə bağlı hərəkatın əvvəldə Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf partiyası ilə dost münasibətləri olsa da sonradan bu münasibətlər siyasət meydanında rəqabətə çevrildi.
Bir çox analtiklər bu iki hərəkatın düşmənçiliynin kökünü Rəcəb Təyyib Ərdoğanın inhisarçı və iqtidartələb olmasında görürlər.
Türkiyənin dövləti və iqtidarda olan partiyası 2013-cü ildən “Xidmət Hərəkatı”nın tərəfdarlarını və fəallarını aşkar surətdə təqib etməyə başladı, bir sıra yüksək çinli dövlət xadimlərini Fətullah Gülənlə əməkdaşlıq ittihamı ilə həbs etdi.
Türkiyə dövləti Gülənin ardıcıllarına bağlı bəzi müəssisələrə qarşı korrupsiya ittihamları irəli sürüblər.
Ərdoğanın başçılığı ilə Türkiyə hökuməti Gülənə bağlı hərəkatı hökuməti devirmək məqsədilə ölkə daxilində dövlətin siyasətləri ilə paralel strukturlar yaratmaqda ittiham edirlər. 

Tənqidçilər Ərdoğanı inhisarçılıq və iqtidarçılıqda ittihamlandırırlar
Türkiyə dövləti ötən bir neçə ildə Gülən tərəfdarlarına qarşı davamlı hücumlarında yüzlərlə polis və məhkəmə sisteminin əməkdaşını həbs etmiş, yaxud işdən kənarlaşdırmışdır. 
Həmçinin dövlət belə düşünür ki, Gülənin tərəfdarları KİV-ə nüfuz etmişdir. Ona görə də çoxlu sayda media əməkdaşını da həbs etmiş, yaxud işdən kənarlaşdırmışdır.
Üstəlik, dövlət Gülən hərəkatını terrorçu bir hərəkat kimi tanımışdır və bu qrupun fəallarını təhlükəli terrorçular adı ilə təqib edir. Məsələn 2014-cü ildə “Zaman” qəzetinin redaktoru həmin ittihamla həbs edildi.

Gülənin inkarı
Fətullah Gülən Türkiyədə baş verən son hərbi çevrilişdə əli olması ittihamını dərhal rədd etdi. O, özünün dəfələrlə hərbi çevriliş müsibətindən əziyyət çəkdiyini, çevrilişlə əməkdaşlıq etməyi rüsvaylıq bildiyini dedi.
Gülən təkid etdi: “Belə ittihamları bərk rədd edirəm və Allahdan istəyirəm ki, Türkiyənin durumu tezliklə adi vəziyyətə qayıtsın”.
  • Yazılıb
  • da (də) 2016 Jul 25
  • Göndərən مدير سايت Aran News