AranNews-un xəbərinə görə, bu barədə “Röyters”ə prezident administrasiyasındakı mənbə bildirib.
Mənbənin məlumatına görə, Halis Hanci Fətullah Gülənin “sağ əli”dir. Onun Türkiyəyə hərbi çevrilişə cəhddən iki gün əvvəl gəldiyi bildirilir.
Qeyd edək ki, ötən gün Türkiyədə Fətullah Gülənin qardaşı oğlu Məhəmməd Səid saxlanılıb. O, hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində Ərzrum vilayətində saxlanılıb.