Antalya Baş Polis İdarəsi Fətullahçı Terror Təşkilatına (FTT) işləyən jurnalistlərə qarşı əməliyyat həyata keçirib.
AranNews, türkiyə mediyasina istinadən xəbər verir ki, Antalya Valisi Münir Karaloğlu bunun FTT ilə bağlı aparılan istintaq çərçivəsində baş verdiyini açıqlayıb.
Antalyadakı 19 jurnalist haqqında həbs qərarı verildiyini bildirən M.Karaloğlu “jurnalist Olqun Matur da yaxalanan jurnalistlər arasındadır. FTT-yə dəstək veren qəzet, sayt və jurnalları araşdırırıq”, deyə qeyd edib.