Serj Sarkisyan: "Qazın, səngərləri möhkəmləndirin, müharibəni gözləyin. Əgər Azərbaycan Qarabağın öz müqəddəratını həll etmə statusu ilə razı deyilsə, başqa çıxış yolumuz yoxdur, müharibə aparmalıyıq".
Arannews- Deyəsən, Yerevanda polis idarəsi binasının zəbti və girovlarla bağlı tragikomediya erməni manipulyatorlarının məqsədlərinə çatmasına şərait yaradıb.
Qarabağ münaqişəsinin tezliklə həlli təxirə salınır. Ermənistan prezidenti Serj Sarkisyan isə Azərbaycanla müharibəyə hazırlaşmağa çağırıb.
"Rusiya tərəfi bildirib ki, «Artsax» məsələsinin qarşılıqlı güzəştlər yolu ilə həlli müvəqqəti dayandırılır. Əsas etibarilə torpaqların təhvil verilməsində israr edən Rusiya tərəfi anlayıb ki, hazırkı şəraitdə bunda israr edə bilməz, çünki indi iki min adam toplaşır (Xorenatsi küçəsində — red.). Əgər «Artsax» məsələsi gündəmə gəlsə, ən azı bundan bir neçə dəfə çox adam toplaşacaq", - «Aravot» qəzeti yazır ki, bunu politoloq Ara Papyan deyib.
"Əgər «Artsax» torpaqlarının təhvil verilməsi məsələsi qalxsa, inandırıram ki, orduda, polisdə, hakimiyyət daxilində öz maraqlarından çıxış edərək buna etiraz edəcəklər. «Artsax» rəhbərliyi buna etiraz edəcək, çünki bundan sonra Qarabağ olmayacaq. Biz isə anlamalıyıq ki, bnundan sonra Ermənistan olmayacaq", - Papyan deyib. Onun fikrincə, ərazilərin qaytarılması sülhə yox, müharibənin yenidən alovlanmasına gətirib çıxaracaq.
Belə çıxır ki. Yerevandakı bu tamaşanın məqsədi status-kvonu qoruyub saxlamaq cəhdindən başqa bir şey deyil. Birdən alınmasa da, müharibəyə hazırlaşmaq üçün daha çox vaxt udmaq olar. Serj Sarkisyan da bunu faktiki olaraq açıq-aydın deyib.
Yerevanda dərc edilən «Qrapark» qəzeti Qarabağdakı mənbələrə istinadən yazır ki, «Artsax»a səfəri çərçivəsində Serj Sarkisyan yalnız «respublika»nın hərbi-siyasi rəhbərliyi ilə deyil, həm də Qarabağ müharibəsinin veteranları ilə görüşüb, onların münaqişənin həlli məsələsindən gözləntiləri ilə maraqlanıb. Bundan sonra Ermənistan prezidenti deyib:
"Qazın, səngərləri möhkəmləndirin, müharibəni gözləyin. Əgər Azərbaycan Qarabağın öz müqəddəratını həll etmə statusu ilə razı deyilsə, başqa çıxış yolumuz yoxdur, müharibə aparmalıyıq".