Tarix : 2008 May 31
Kod 4977

İRAN QAZININ TÜRKİYƏYƏ TRANZİT EDƏN BORU KƏMƏRİ TƏMİR İŞİ BAŞA ÇATDI

Türkiyənin kürd sakinli şərq və cənub şərq məntəqələri bir neçə ildir ki, hökumət qüvvələri ilə terrorçu PKK ünsürləri arasında gedən toqquşmaların şahididir
Turky Servisi/Aran Agentliyi
 
Türkiyənin Butaş dövlət şirkətinin yüksək səviyyəli rəsmilərindən biri deyib: İran qazını Türkiyəyə nəql edən boru kəmərində baş verən partlayışdan irəli gələn nasazlığın aradan qaldırılması əməliyyatı başa çatıb.
Anadolu İnformasiya Agentliyi cümə axşamı günü, həmin şəxsin adına işarə etmədən yazıb: Cümə axşamı günü lazımı sınaqlar aparılıb və cümə günündən etibarən İran qazını Türkiyəyə nəql edən boru kəmərinə qaz doldurulacaq.
Qeyd edək ki, bazar ertsəi günü, Türkiyə ərazisində İran sərhədlərinin 15 kilometrliyində İran qazını Türkiyəyə nəql edən boru kəmərində baş verən partlayış yanğına səbəb olmuşdur.
Türkiyənin kürd sakinli şərq və cənub şərq məntəqələri bir neçə ildir ki, hökumət qüvvələri ilə terrorçu PKK ünsürləri arasında gedən toqquşmaların şahididir.
İran qazını Türkiyəyə nəql edən bu boru kəməri İran qazını bu ölkəyə nəql edən yeganə vasitədir. İran, Rusiyadan sonra, Türkiyənin qaza olan ehtiyacını təmin edən ikinci  ölkədir. Xatırladaq ki, İİR. ötən il Türkiyəyə 6 milyard 158 milyon kubmetr qaz ixrac edib.
 
  • Yazılıb
  • da (də) 2008 May 31