Tarix : 2016 Jul 25
Kod 49773

Rusiyanın paytaxtında güclü partlayış baş verib

Zərər çəkənlər barədə məlumat verilməyib.

Arannews- Rusiyanın paytaxtı Moskvada güclü partlayış baş verib.

Partlayış "Voykovski" metrostansiyasının yaxınlığında, yeraltı keçiddə qeydə alınıb.  

Moskvanın hüquq-mühafizə orqanlarının məlumatına görə, ərazi polis əməkdaşları tərəfindən nəzarətə götürülüb, keçiddən insanlar təxliyyə ediliblər.

Zərər çəkənlər barədə məlumat verilməyib.

Şahidlərin sözlərinə görə, hadisə yerindən güclü qaz qoxusu gəlir. "Mosqaz" əməkdaşları da bu məlumatı təsdiqləyiblər.

  • Yazılıb
  • da (də) 2016 Jul 25
  • Göndərən مدير سايت Aran News