Bəhreyn rejimi elan edib ki, iyul ayının 27-də Ayətullah Şeyx İsa Qasimin məhkəməsi başlayacaq.
AranNews, “əl-Manar” xəbər kanalına istinadən xəbər verir ki, Ali Xəlifə rejimi məhkəməsi Şeyx İsa Qasimi “terrorizmə yardım və çirkli pulların yuyulması ittihamı” ilə məhkəmə qarşısına çıxartmaq istəyir.
Bəhreynli müxaliflər və etirazçılar məhkəməni baykot ediblər və elan ediblər ki, Şeyx İsa Qasim bu məhkəmədə iştirak etməyəcək.
Bəhreyn Daxili İşlər Nazirliiyi bir müddət öncə ölkənin aparıcı ruhanilərindən Ayətullah Şeyx İsa Qasimin vətəndaşlığını ləğv edib.
Bəhreyndə xalq şiə lider Ayətullah Şeyx Qasimin vətəndaşlığının ləğv edilməsinə etiraz əlaməti olaraq onun evinin qarşısında oturaq etiraz aksiyası keçirirlər.
Etirazçılar Ayətullah Şeyx İsa Qasimin evinin önünə gəlib və növbə tutmağa başlayıb və bu günə kimi də öz oturaq aksiyalarını davam etdirirlər.