Tarix : 2016 Jul 26
Kod 49781

İsrail qüvvələri İordan çayının qərb sahilində basqınlar təşkil etdi

İsrail qüvvələri bu gün səhər saatlarında İordan çayının qərb sahilinin müxtəlif məntəqələrinə basqın edərək bir neçə fələstinlini nəzarətə götürüb.
AranNews-un verdiyi xəbərə görə, Yerli mənbələrdən əldə edilən məlumata görə, İsrail qüvvələri Cənin şəhərinin cənubundakı Əl-Cərba bölgəsində yerləşib.
Daha sonra Qabatiyə bölgəsinə basqın təşkil edən İsrail əsgərləri Əl-Havuz bölgəsində evlərin qapılarını döyərək sakinlərini çölə çıxarıb və evlərdə axtarış aparıb.
Şahidlərin İsrail əsgərlərinin, xüsusilə Əbur-Rab məhəlləsində evlərin qapılarını döyərək təhlükəsizlik qüvvələri tərəfindən axtarılan gənclərin içəridə ola biləcəyi səbəbilə evlərdə axtarış apardıqlarını söyləyib.
Basqın zamanı fələstinli üç gəncin İsrail qüvvələri tərəfindən saxlanıldığı bildirilib. Həmçinin Nablusun cənub-şərqindəki Avrata sakinlərindən iki yeniyetmənin saxlanıldığı qeyd olunub.
İsrail qüvvələrinin Əl-Xəlildə də bir çox bölgəyə basqın təşkil etdiyi, Əs-Səmunun girişində, Dura şəhər mərkəzində və Bəni Nəimin Huneynə bölgəsində fələstinlilərlə qarşıdurma yaşadığı bildirilib. /Eastnews.org/
  • Yazılıb
  • da (də) 2016 Jul 26
  • Göndərən مدير سايت Aran News