Tarix : 2016 Jul 26
Kod 49783

Müsavat Partiyası qanun dəyişiklikləri barədə konstitusiya məhkəməsinin hökmünü tənqid edib

Azərbaycan Müsavat Partiyası bildirib ki, əsas qanunun dəyişdirilməsinin istənilməsinin lehinə səs, müstəbidliyi himayə deməkdir.
Arannews- Azərbaycan Respublikası Müsavat Partiyası qanun dəyişiklikləri barədə konstitusiya məhkəməsinin hökmünü tənqid edib.
Azərbaycan Respublikası Müsavat Partiyası bildirib ki, əsas qanunun dəyişdirilməsinin istənilməsinin lehinə səs, müstəbidliyi himayə deməkdir.
Azərbaycan Respublikası konstitusiya məhkəməsi dünənki iclasında əsas qanunun islahı üzrə referendumun keçirilməsi layihəsini bu ölkənin əsas qanununun tələblərindən adlandırıb.
Əsas qanunun islahı üzrə referendumun keçirilməsi barədə qətnamə layihəsi iyulun 18-də Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən konstitusiya məhkəməsinə təqdim olunmuşdu.
Bu layihəyə əsasən, Azərbaycan Respublikasında prezidentli dövrü beş ildən yeddi ilədək uzadılır. Eləcə də "yaş məhdudiyyəti"nin götürülməsi və "vitse-prezidentlik vəzifəsinin əlavə olunması" İlham Əliyevə hakimiyyətini davam etdirmək icazəsi verəcək.
Parlamentin buraxılması tərzi, dövlətlər arası və beynəlxalq müqavilələrin bağlanması haqqı, bələdiyyələrin səlahiyyət və məsuliyyətləri əsas qanunun islahı layihəsinin əsas maddələrindən sayılır.
Qeyd edək ki, əsas qanunun islahı üzrə referendumun keçiriləcəyi tarix Azərbaycan Respublikası prezidenti tərəfindən ayrıca bir fərmanla elan olunacaq.


  • Yazılıb
  • da (də) 2016 Jul 26
  • Göndərən مدير سايت Aran News