Partlayış Bağdaddan 80 kilometr aralıda yerləşən Xalis şəhərinin yaxınlığında baş verib.
AranNews, xəbər verir ki, İraqın paytaxtı Bağdadın şimal-qərbində Diyalə əyalətində Xalis şəhəri yaxınlığında partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partladılması nəticəsində azı 18 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.
Partlayış Bağdaddan 80 kilometr aralıda yerləşən Xalis şəhərinin girişində baş verib. Polis bildirib ki, ölənlərin çoxu dinc sakinlərdir.
Partlayış nəticəsində içərisi uşaq və qadınlarla dolu olan mikroavtobus yanıb və sərnişinlər həlak olub.
Qeyd edək ki, ötən gündə Bağdadın yaxınlığında Kazimeyndə intiharçı özünü partlatmışdı.
Partlayış nəticəsində 17 nəfər həlak və 22 nəfər yaralanmışdı. /Maide.Az/